Türkiyənin milli döyüş təyyarəsi ilk uçuşunu edib

   Türkiyənin milli döyüş təyyarəsi ilk uçuşunu edib
  21 Fevral 2024    Oxunub:728
Türkiyənin milli döyüş təyyarəsi “KAAN” bu gün ilk uçuşunu uğurla həyata keçirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uçuş Müdafiə Sənayesi Nazirliyinin koordinasiyasında baş tutub. KAAN-ın ilk sınaq uçuşunun pilotu Barbaros Dəmirbaş olub.

Beləliklə, Türkiyə KAAN ilə 5-ci nəsil döyüş təyyarələrinə malik ölkələr sırasında yer alıb.

Qeyd edək ki, KAAN 17 mart 2023-cü ildə uçuş-enmə zolağına gətirilib və 11 ay onun uçuşa hazırlanması həyata keçirilib.
Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti