Ermənistan DİN-dən Kamillə bağlı açıqlama

   Ermənistan DİN-dən Kamillə bağlı açıqlama
  21 Fevral 2024    Oxunub:987
Moskvada saxlanılan azərbaycanlı (Kamil Zeynallı-red.) Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan "News.am"a açıqlamasında deyib ki, “adıçəkilən şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış elan edilib”.

Ermənistan Baş Prokurorluğundan Kamillə bağlı AÇIQLAMA
Ermənistanın Daxili İşlər Nazirliyi Kamil Zeynallının qətldə təqsirli bilinərək axtarışa verildiyini bəyan etsə də, konkret olaraq söhbətin hansı cinayət hadisəsindən getdiyini dəqiqləşdirməyib.

Bundan öncə Ermənistanın Baş Prokurorluğu azərbaycanlı məşqçinin Rusiyada İrəvanın sorğusu əsasında saxlanılması barədə rəsmi məlumata malik olmadığını açıqlamışdı.

Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. O, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   DİN  





Xəbər lenti