Bayden Putini ağır söyüşlə təhqir etdi

   Bayden Putini ağır söyüşlə təhqir etdi
  22 Fevral 2024    Oxunub:769
ABŞ prezidenti Cozef Bayden növbəti dəfə anormal çıxışı ilə gündəmə gəlib.
AzVision.az xəbər verir ki, o, San-Fransiskoda qapalı seçki kampaniyası zamanı Rusiya prezidenti Vladimir Putinin ünvanına ağır söyüşlər işlədib. ABŞ lideri həmkarını “dəli, fahişə oğlu” adlandırıb.

Bayden: "Putin açıq-aşkar hərbi cinayətlər törədib"
"Putin və başqaları kimi dəli, fahişə uşaqları var ki, biz həmişə onlara görə nüvə münaqişəsindən narahat olmalıyıq. Lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir", - o qeyd edib.

Qeyd edək ki, Amerika prezidenti hazırda ABŞ-nin qərb sahili boyunca seçki kampaniyası turuna çıxıb.

O hələ 2022-ci ilin martında Polşa və Ukrayna sərhədindəki qaçqın düşərgəsinə səfəri edən zaman da Rusiya prezidenti Vladimir Putini aşağılamışdı. Bayden Moskva rəhbərini əsl “qəssab” adlandırmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Putin   ABŞ  





Xəbər lenti