Qriqoryan: "Aİ ilə münasibətləri daha da gücləndirəcəyik"

Qriqoryan:    "Aİ ilə münasibətləri daha da gücləndirəcəyik"
  22 Fevral 2024    Oxunub:807
Avropa İttifaqı ilə əlaqələrimiz zaman keçdikcə yalnız möhkəmlənəcək.
AzVision.az xəbər verir ki, bunu Aİ-Ermənistan vətəndaş platformasının yekun hesabatına həsr olunmuş tədbirdə çıxış edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, İrəvan üçün Avropa İttifaqı ilə vətəndaş cəmiyyəti vasitəsilə də əməkdaşlığın gücləndirilməsi çox vacibdir. “Aİ ilə əməkdaşlığımız sürətlə genişlənir, təhlükəsizlik bu dialoqun bir hissəsinə çevrilib. Ermənistan Avropanın təhlükəsizlik instrumentinin bir hissəsi olmaq üçün müraciət edib”, - o qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti