Kiyev Danimarkadan ilk F-16-nı yayda alacaq

Kiyev Danimarkadan ilk  F-16-nı yayda alacaq
  22 Fevral 2024    Oxunub:572
Danimarka ilk F-16 qırıcılarını 2024-cü ilin yayında Ukraynaya təhvil vermək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin bəyanatında məlumat verilib.

“İlk Danimarka F-16 döyüş təyyarəsinin bu yay Ukraynaya təhvil veriləcəyi gözlənilir”, - nazirliyin açıqlamasında qeyd edilib.

O da vurğulanıb ki, qırıcıların göndərilməsinin konkret vaxtı, ukraynalı pilotların tam hazırlığından və Ukraynada lazımi maddi-texniki təchizat və infrastrukturun mövcudluğundan da asılıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti