Navalnının meyiti anasına göstərilib - Video

   Navalnının meyiti anasına göstərilib -    Video
  22 Fevral 2024    Oxunub:1028
Rusiyalı müxalifətinin lideri Aleksey Navalnının anası Lyudmilaya mərhum oğlunun cəsədi göstərilib. O, bu barədə videomüraciətində bildirib.
“Müstəntiqlər deyirlər ki, ölümün səbəbi məlumdur, bütün tibbi və hüquqi sənədlər əllərindədir. Qanuna görə, dərhal Alekseyin cəsədini mənə verməli idilər, amma indiyə qədər bunu etməyiblər. Əvəzində məni şantaj edərək, Alekseyin harada, nə vaxt və necə dəfn olunmasına dair şərt kəsirlər ”, - deyə Lyudmila Navalnaya bildirib.

Siyasətçinin anasının sözlərinə görə, müstəntiqlər Navalnı gizli dəfn etmək istəyirlər: "Gözlərimin içinə baxaraq deyirlər ki, gizli dəfn mərasiminə razı olmasam, oğlumun cəsədi ilə nəsə edəcəklər" .



Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti