İspaniyada yaşayış binasında yanğın: 4 ölü - FOTO/VİDEO

   İspaniyada yaşayış binasında yanğın:    4 ölü - FOTO/VİDEO
  23 Fevral 2024    Oxunub:829
İspaniyanın Valensiya şəhərində yerləşən 14 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
AzVision.az xəbər verir ki, Valensiya Fövqəladə Hallar Xidmətinin direktor müavini Xorxe Suares yanğın nəticəsində 4 nəfərin həyatını itirdiyini, 15 nəfərin (7-si yanğınsöndürən) xəsarət aldığını bildirib.

Dördüncü mərtəbədə partlayışla başlayan yanğın binanın fasadını tamamilə yararsız hala salıb və ətraf tikililərə də yayılıb. Hadisə yerinə 16 yanğınsöndürmə briqadası, 5 təcili yardım maşını yönəldilib.

Binanın quruluşu içəridəki alovları söndürməyə imkan vermədiyi üçün yanğınsöndürənlər kənardan fəaliyyət göstəriblər.

Şəhər meri Maria Xose Katalanın sözlərinə görə, hadisədə itkin düşən 19 nəfərin tapılması üçün axtarış aparılır.

Hadisə ilə əlaqədar Valensiyada üçgünlük matəm elan edilib.


Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: İspaniya   yanğın   hadisə  





Xəbər lenti