Zelenski: “Seçkilər indi keçirilsə insanlar mənə səs verəcəklər”

   Zelenski:    “Seçkilər indi keçirilsə insanlar mənə səs verəcəklər”
  23 Fevral 2024    Oxunub:896
Ukrayna prezidenti cəbhə xəttinin cəmi bir neçə kilometrliyində Amerikanın məşhur “Fox News” telekanalına verdiyi müsahibədə ölkə vətəndaşlarının onu dəstəklədiyini iddia edib.

AzVision.az bildirir ki, aparıcının Bayterin Donlad Trampın Ukraynada müharibəni dayandıra biləcəyi barədə sualına Zelenski skeptik cavab səsləndirib.

“Bunun necə mümkün olduğunu başa düşə bilmirəm. Tramp mənimlə bu problemi, bu faciəni həll edə bilməyəcək. Qoy gəlsin, mən ona izah edim, o da mənə izah etsin, bəlkə bir ideyası var” , - Zelenski deyib.

O, Ukraynaya səfərdən sonra ABŞ-ın keçmiş prezidentinin mövqeyinin dəyişə biləcəyinə ümid etdiyini bildirib.

Bundan əlavə, Volodomir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanının və bir sıra hərbi komandirlərin dəyişdirilməsini “sıfırlama”ya ehtiyac yaranması ilə izah edib.

“Biz birbaşa sıfırlamadan danışmırıq, biz son vaxtlar bəzi şeyləri dəyişməməyimizdən danışırıq. Biz daha sürətli olmalıyıq və bu, bütün bürokratiya ilə vidalaşmaq deməkdir. Biz daha ağıllı, texnoloji cəhətdən daha inkişaf etmiş və təbii ki, daha sürətli olmalıyıq. Vaxt puldur, bizdə isə pul deyil, insanların həyatıdır” , - Ukrayna prezidenti vurğulayıb.

Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnının istefasına münasibət bildirən Zelenski, ölkəni müdafiə etdiyi üçün onu Ukrayna Qəhrəmanı adına layiq gördüyünü deyib. Zalujnının ona qarşı müxalifət mövqeyi tuta biməsi ilə bağlı suala isə Zelenski “Bu, onun seçimidir” cavabını verib.

Maraqlıdır ki, Ukrayna prezidenti “müasir cəmiyyətdə ən böyük dəstəyə” malik olduğu üçün asanlıqla yenidən bu vəzifəyə seçilə biləcəyioni iddia edib. Sadəcə, hazırda davam edən hərbi əməliyyatlar səbəbindən bunu təcrübədə sübuta yetirmək mümkün deyil.

“İndi seçki olsa, insanlar məni seçəcək. Bilirsiniz, mən hakimiyyətdə qalmağa çalışmıram, çünki seçki olsa, qalib gələcəyəm” , - Zelenski bildirib.

Onun sözlərinə görə, “heç bir seçkiləri heç kim” ləğv etməyib, lakin Ukrayna qanunvericiliy ölkədə hərbi vəziyyət elan olunduğu halda onların keçirilməsinə qadağa qoyur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Zelenski   müsahibə  





Xəbər lenti