Avropada qazın qiyməti ucuzlaşıb

Avropada qazın qiyməti ucuzlaşıb
  23 Fevral 2024    Oxunub:954
Avropada qazın qiyməti 3%-dən çox ucuzlaşaraq, min kubmetr üçün 249,9 dollara düşüb.
"London ICE Futures" birjasındakı ticarət məlumatlarına görə, bu, 2021-ci ilin aprel-may aylarından bəri ən aşağı göstəricidir.

Analitiklərin fikrincə, yeraltı anbarlardakı böyük ehtiyatlar və gələn həftə bölgədə isti hava gözləntiləri fonunda Avropada qazın qiyməti düşməyə davam edir.

2024-cü ildə Avropada qaz anbarı tutumu fevral ayı üçün ən yüksək səviyyədədir. Hazırda UGS anbarları 64,69% doludur ki, bu da son beş il ərzindəki orta göstəricidən 16,76 faiz çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti