Aİ Türkiyədə daxil olmaqla 8 ölkəyə sanksiya tətbiq etdi

   Aİ Türkiyədə daxil olmaqla 8 ölkəyə sanksiya tətbiq etdi
  23 Fevral 2024    Oxunub:868
Avropa İttifaqı 13-cü paketin bir hissəsi olaraq, Hindistan, Qazaxıstan, Çin, Serbiya, Sinqapur, Tailand, Türkiyə və Şri-Lanka şirkətlərinə Rusiya hərbi sənaye kompleksinə kömək etdiklərinə görə sanksiyalar tətbiq etib.
Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan məlumatda deyilir. Ümumilikdə 106 fiziki və 88 hüquqi şəxsə qarşı yeni sanksiyalar tətbiq edilib.

Sanksiyaya məruz qalan xarici şirkətlərə aşağıdakılar daxildir:

Hindistandan Si2 Microsystems Pvt Ltd;
Qazaxıstandan TOO Elem Group;
Honq Konqdan RG Solutions Limited;
Guangzhou Ausay Technology Co Limited, Shenzhen Biguang Trading Co. Ltd və Çindən Yilufa Electronics Ltd;
Serbiyadan Conex Doo Beograd-Stari Grad;
Sinqapurdan Deflog Technologies;
Taylanddan Thai IT Hardware Co., Ltd;
Türkiyədən Yildiz ip Teknoloji Elektronik Elektrik Bilgisayar Malzemeleri Ticaret Sanayi Limited Sirketi
Şri Lankadan Euro Asia Cargo (Private) Ltd.

13-cü paketə əsasən qadağan olunmuş elektron komponentlərə dronların istehsalı üçün nəzərdə tutlan elementlər aiddir. Söhbət elektrik transformatorlarından, statik çeviricilərdən və induktorlardan gedir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti