Stoltenberq: F-16 təyyarələrini Ukraynaya tez verməliyik

      Stoltenberq:    F-16 təyyarələrini Ukraynaya tez verməliyik
  23 Fevral 2024    Oxunub:672
F-16 təyyarələri Ukraynaya mümkün qədər tez verilməlidir.
AzVision.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Biz hamımız qırıcıların mümkün qədər tez Ukraynada olmasını istəyirik”, - o bildirib.

Amma Y.Stoltenberq dəqiq tarix açıqlamayıb.

Baş katib, həmçinin qeyd edib ki, rəsmi Kiyevin özünümüdafiə hüququ var.

AzVision.az



Teqlər:





Xəbər lenti