Britaniya Ukraynaya 300 milyon dollardan çox vəsait ayıracaq

Britaniya Ukraynaya 300 milyon dollardan çox vəsait ayıracaq
  24 Fevral 2024    Oxunub:926
Böyük Britaniya hökuməti 2025-ci ilə qədər çox ehtiyac duyulan sursatların alınması və mərmilərin ixrac zəncirlərinin təşkili üçün Ukraynaya 245 milyon funt sterlinq (təxminən 311 milyon dollar) dəyərində yardım paketi ayıracaq.
AzVision.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

“Yeni maliyyə paketi Ukraynanın artilleriya döyüş sursatı ehtiyatını artıracaq ki, bu da müharibə səyləri üçün kritik əhəmiyyət kəsb edir”.

Hökumət həmçinin xatırladıb ki, Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps krallıq adından “Ukraynanın qələbə üçün mübarizəni davam etdirə bilməsi” üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

AzVision.az


Teqlər:





Xəbər lenti