Husilər ABŞ və Britaniyanın Qırmızı dənizə girişini bağlayıblar

   Husilər ABŞ və Britaniyanın    Qırmızı dənizə girişini    bağlayıblar
  24 Fevral 2024    Oxunub:1315
Yəmənin qərb sahillərinə və Bab əl-Məndəb boğazına nəzarət edən “Ənsar Allah” hərəkatı Böyük Britaniya və Amerika gəmilərinin Qırmızı və Ərəbistan dənizlərindən keçməsinə qadağa qoyulduğunu elan edib.
AzVision.az xəbər verir ki, Qadağa İsraildə qeydiyyatdan keçmiş və yəhudi dövləti ilə əlaqəli gəmilərə də şamil edilir. Digər gəmilərin təhlükəsiz və dinc keçidini təmin etmək üçün Yəmənin paytaxtı Sənada Humanitar Koordinasiya Mərkəzi yaradılıb və bu yükdaşıyanlara və sığorta şirkətlərinə qadağa barədə rəsmi bildiriş göndərilib.

Təşkilatın hərbi sözçüsü Yəhya Sari bildirib ki, bir gün əvvəl husilərin Ədən körfəzində “İslander” ticarət gəmisinə hücumu nəticəsində onun göyərtəsində yanğın baş verib. Onlar, həmçinin Qırmızı dənizdə Amerika esminesini vurmaq üçün dronlardan istifadə ediblər.

Xatırladaq ki, husilərin Qırmızı dənizdə hücumları 2023-cü ilin payızında İsrailin Qəzza zolağında Fələstinin “Həmas” hərəkatına qarşı əməliyyatına cavab olaraq başlayıb. Ötən il dekabrın ortalarında ABŞ, Fransa, İspaniya və bir sıra digər ölkələr koalisiya yaradaraq, kommersiya gəmiçiliyini qorumaq üçün regionda “Rifahın Mühafizəsi” əməliyyatını həyata keçirsələr də, bu qərar müsbət nəticə vermədi.
AzVision.az



Teqlər: Husilər   Qırmızı   dəniz  





Xəbər lenti