Ukraynada müharibəyə qarşı Londonda aksiya keçirilib

   Ukraynada müharibəyə qarşı Londonda aksiya keçirilib
  24 Fevral 2024    Oxunub:968
Rusiyanın Ukraynada apardığı müharibənin ikinci ildönümündə Britaniyanın paytaxtı Londonun Trafalqar meydanında və Mərmər tağ qarşısında münaqişə əleyhinə nümayiş baş tutub.
AzVision.az xəbər verir ki, meydana böyük izdiham toplaşıb.

Aksiya iştirakçıları Ukrayna bayrağını dalğalandıraraq, Rusiya əleyhinə şüarlar söyləyiblər. Səsgücləndiricilər vasitəsilə Ukrayna himni oxunub.

Etirazçılar beynəlxalq ictimaiyyəti Ukraynaya yardıma çağırıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   London   Ukrayna   mitinq  





Xəbər lenti