Erməni əsgər naməlum şəraitdə öldü

   Erməni əsgər naməlum şəraitdə öldü
  25 Fevral 2024    Oxunub:1090
Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Avak Zakaryan ölüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hərbi qulluqçu fevralın 24-də saat 17:55-də müəyyən edilməmiş şəraitdə ölü tapılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti