"Türkiyə qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır" - Ərdoğan

   "Türkiyə qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır" -    Ərdoğan
  25 Fevral 2024    Oxunub:974
"Biz Liviyada və Qarabağdayıq. Türkiyə qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyə xarici siyasətdə qlobal güc olmaq yolunda əmin addımlar atır.

"Xarici siyasətdə artan nüfuzumuzun arxasında güclü müdafiə sənayesi dayanır. Müdafiə sənayesində xarici asılılığımız azaldıqca, xarici siyasətdə effektivliyimiz artdı. Biz vəzifəyə gələndə 80 faiz başqalarından asılı idik. Xarici siyasətdə biz Avropadan “afərin” eşitməyə çalışan deyil, bütün dünyada düzgün və ağıllı mövqeyi ilə təqdir olunan bir ölkəyik".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti