Fransada qar uçqununda 4 nəfər həyatını itirib - VİDEO

   Fransada qar uçqununda 4 nəfər həyatını itirib -    VİDEO
  26 Fevral 2024    Oxunub:818
Fransanın mərkəzində yerləşən dağlıq Overn əyalətində qar uçqunu baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Püi-de-Dom bələdiyyəsi məlumat yayıb.

Hadisə əyalətin Mon-Dor qəsəbəsində, Sansi dağının 1600 metr yüksəkliyindəki "Cəhənnəm vadisi" adlı ərazidə qeydə alınıb.

Məlumata görə, yaxınlıqdakı xizək klubunun xizəksürmə üçün nəzərdə tutulan yolundan bələdçi ilə birlikdə kənara çıxan 9 alpinist qar uçqununa məruz qalıb. Nəticədə 4 nəfər ölüb, 3-ü isə xəsarət alıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   qar   uçqun   xizək  





Xəbər lenti