Devid Kemeron Putin barədə kəskin bəyanat verdi

Devid Kemeron Putin barədə kəskin bəyanat verdi
  26 Fevral 2024    Oxunub:770
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib ki, Qərb Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı yanlış olduğunu sübut etməlidir.
Britaniyalı nazir bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb. “Putin hələ də qalib gələcəyinə inanır. Bizim işimiz onun səhv etdiyini sübut etməkdir”, - Kameron yazıb.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin deyib ki, Qərbin davranışlarında aqressiv neokolonializm təzahürlərini görür. Onun sözlərinə görə, bu, özünü Qərbin istənilən yolla öz hökmranlığını qoruyub saxlamaq cəhdlərində, digər ölkələri iqtisadi cəhətdən tabe etməkdə, onların suverenliyini əlindən almaqda göstərir.

Dövlət başçısı qeyd edib ki, bu siyasət beynəlxalq münasibətlər sistemində sabitliyi pozur: “Belə addımlar bəşəriyyətin inkişafı qarşısında maneədir”.


AzVision.az


Teqlər:





Xəbər lenti