Qəzzada 100-ə yaxın jurnalist həyatını itirib

   Qəzzada 100-ə yaxın jurnalist həyatını itirib
  26 Fevral 2024    Oxunub:797
Ötən il oktyabrın 7-də HƏMAS terror qruplaşmasının İsrailə hücumu ilə başlayan müharibədə indiyədək 99 jurnalist (92-si fələstinli, 3-ü livanlı, 4-ü israilli) öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən Jurnalistləri Müdafiə Komitəsi qeyri-hökumət təşkilatının məlumatında bildirilir.

100-dən çox ölkədəki jurnalist birlikləri və assosiasiyaları 26 Fevral - Beynəlxalq Fələstin Jurnalistləri Günündə "Qəzza zolağında öz peşələri üçün indiyədək qeydə alınmış ən təhlükəli müharibəni işıqlandırmağa çalışan" jurnalistlərlə həmrəylik nümayiş etdirərək, öldürülən həmkarlarını yad ediblər.

Beynəlxalq Jurnalistlər Federasiyası və Ərəb Jurnalistləri Federasiyası Qəzzada jurnalistlərin öldürülməsini “dəhşətli və ədalətsiz faciə” kimi qiymətləndirib.

(16 fevraladək Qəzza zolağında 99 jurnalist öldürülüb)

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   jurnalist   birlik  





Xəbər lenti