"Putinlə Ərdoğan seçkilərdən qabaq görüşməyəcək" - Peskov

   "Putinlə Ərdoğan seçkilərdən qabaq görüşməyəcək" -    Peskov
  26 Fevral 2024    Oxunub:873
Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda Türkiyəyə səfəri planlaşdırılmır.
AzVision.az xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

Fevralın 26-da Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb və onu 70 illik yubileyi münasibətilə təbrik edib.

"Putinin Rusiyadakı seçkilərdən əvvəl Türkiyəyə səfər etməyi planlaşdırırmı?" sualına Peskov "Yox" cavabı verib. O bildirib ki, Rusiya liderinin seçkiqabağı çox sıx qrafiki var: "Yüksək səviyyədə görüş üçün hazırlıq gedir. Prezidentlərin iş qrafikinə uyğun vaxtda bu görüş baş tutacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti