Bayden: "Növbəti həftə Qəzzada atəşkəs gözlənilir" - VİDEO

      Bayden:    "Növbəti həftə Qəzzada atəşkəs gözlənilir" -  VİDEO
  27 Fevral 2024    Oxunub:949
(Prezident Co Bayden və aparıcı Set Mayers)

ABŞ Prezidenti Co Bayden İsrail və HƏMAS-ın gələn bazar ertəsi yeni müvəqqəti atəşkəslə bağlı razılığa gələ biləcəyini söyləyib.
AzVision.az xəbər verir ki, o bu sözləri ötən gün Nyu-Yorkda ikən "NBC" telekanalının "Late Night with Seth Meyers" verilişində müsahibənin ardınca gəldiyi dondurma mağazasında jurnalistlərin sualını cavablandırarkən deyib.

"Milli təhlükəsizlik müşaviri (Ceyk Sallivan - red.) mənə bildirdi ki, Qəzza zolağında atəşkəsə az qalıb. Növbəti həftənin əvvəlini gözləyək. Çünki Ramazan ayı yaxınlaşır. İsrail əsirlərin azadlığa buraxılması qarşılığında Ramazanda əməliyyatı dayandırmaqla bağlı qarşı tərəflə razılaşıb", - o söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Bayden   Qəzza   atəşkəs  





Xəbər lenti