Quranı yandıran oğlana 3,5 illik həbs cəzası verildi

Quranı yandıran oğlana 3,5 illik həbs cəzası verildi
  27 Fevral 2024    Oxunub:912
Quranı yandırmaqda təqsirli bilinən 19 yaşlı Volqoqrad sakini Nikita Juravelə 3,5 il həbs cəzası verilib.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, jurnalistlərə açıqlamasında bu cəzaya layiq olduğunu qeyd edib.

Qeyd edək ki, Qroznının Visaitovski Rayon Məhkəməsi 2023-cü il mayın 19-da Volqoqradda məscidin yaxınlığındakı meydanda müsəlmanların müqəddəs kitabını yandırdığına görə Volqoqrad sakinini ümumi rejimli koloniyaya məhkum edib.
Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti