UNIFIL İsrail və "Hizbullah"ı qarşıdurmadan yayınmağa çağırıb

   UNIFIL İsrail və "Hizbullah"ı qarşıdurmadan yayınmağa çağırıb
  27 Fevral 2024    Oxunub:761
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) sərhəddə meydana gələn toqquşmaları dayandırmağın vacibliyini diqqətə çatdırıb.
AzVision.az xəbər verir ki, bu barədə təşkilatın "X" hesabında bəyanat yayılıb.

Bildirilir ki, qarşılıqlı zərbələr nəticəsində demarkasiya xəttinin hər iki tərəfində on minlərlə dinc insan təhlükə altında qalıb.

"Son günlərdə gərginliyi azaltmaq, təhlükəli anlaşılmazlıqları qabaqlamaq üçün tərəflərlə fəal əməkdaşlıq aparmışıq, ancaq son hadisələr münaqişənin siyasi həllini riskə atmaq potensialına malikdir", - bəyanatda vurğulanır.

Təşkilat tərəfləri daha kəskin eskalasiyanın qarşısını almağa, siyasi həll yolu üçün yer buraxmaq naminə əməliyyatları dayandırmağa çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: UNIFIL   İsrail   Livan   Hizbullah  





Xəbər lenti