Sel İranın iki əyalətində fəsadlar törədib - VİDEO

Sel İranın iki əyalətində fəsadlar törədib   - VİDEO
  27 Fevral 2024    Oxunub:718
İranda bir neçə gündür davam edən əlverişsiz hava şəraiti daşqınlara səbəb olub.
Belə ki, ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyaləti sel sularına qərq olub. Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılır.

Qeyd edək ki, İranın şimalı da güclü qarın əsarətində qalıb. Bununla əlaqədar Rəşt şəhərində aviareyslər təxirə salınıb, bir sıra dövlət müəssisələri müvəqqəti bağlanılıb.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti