Tehranda tələbələr Ramazan ilə bağlı qadağaya etiraz etdilər - VİDEO

Tehranda tələbələr Ramazan ilə bağlı qadağaya etiraz etdilər    - VİDEO
  27 Fevral 2024    Oxunub:569
Tehranın Şəhid Çamran Universitetinin qızlar yataqxanasında tələbələr universitetin rektoru Məhəmməd Əli Axundun Ramazan ayı bəhanəsi ilə dərslərin onlayn keçirilməsi və yataqxananın boşaldılması ilə bağlı göstərişinə etiraz ediblər.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, qərara qarşı etiraz aksiyası keçirən tələbələr şüarlar səsləndiriblər:

“Biz sizin tamaşa etməyinizi istəmirik, bizə qoşulun!”, “Onlayn təhsil istəmirik, istəmirik!”, “Tələbə qışqır, haqqını alanadək fəryad et!”

Qeyd olunub ki, tələbələr universitetin bu qərarını qızlara qarşı ayrı-seçkilik hesab ediblər.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti