AP Kiyevə 50 milyard avro yardımı təsdiqlədi

AP Kiyevə 50 milyard avro yardımı təsdiqlədi
  27 Fevral 2024    Oxunub:713
Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar iclasda Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı ayırması barədə qərarı təsdiqləyib.
Bu barədə AP-nin yaydığı məlumatda qeyd olunub.

“Parlament çərşənbə axşamı Aİ-nin uzunmüddətli büdcəsinə yenidən baxılmasını təsdiqləyib. Buraya Ukraynaya 50 milyard avro vəsaitin ayrılması daxildir”, - deyə məlumatda bildirilib.

Qərarın lehinə 536 deputat səs verib, 40 deputat əleyhinə çıxıb, 39 deputat isə bitərəf qalıb.
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti