Ermənistanda hərbçi yoldaşını öldürən şəxs saxlanıldı

Ermənistanda hərbçi yoldaşını öldürən şəxs saxlanıldı
  27 Fevral 2024    Oxunub:622
Ermənistan ordusunun hərbçisi Avak Zakaryanı güllələyərək öldürən həmkarı saxlanılıb.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, fevralın 24-ü axşam saatlarında iki hərbçi arasında cəbhə xəttində səngərdə olarkən dava düşüb. Hadisə zamanı S.P. “Kalaşnikov” avtomatından Zakaryana bir dəfə atəş açıb. Zakaryan aldığı yaradan xəstəxanaya aparılarkən yolda vəfat edib. S.P. məhkəmənin qərarı ilə həbs olunub.
AzVision.az



Teqlər:





Xəbər lenti