Gələn ay Assanjın ekstradisiyası ilə bağlı qərar verilə bilər

Gələn ay Assanjın ekstradisiyası ilə bağlı qərar verilə bilər
  27 Fevral 2024    Oxunub:747
"WikiLeaks"in qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı qərarın martda veriləcəyi gözlənilir.
Bu barədə "WikiLeaks"in "X" səhifəsində məlumat verilib.

“Mart: Culian Assanjın müraciəti ilə bağlı yekun qərar”, - paylaşımda qeyd olunub.

Bundan əvvəl C.Assanj Böyük Britaniyadan ABŞ-a ekstradisiyaya qarşı apellyasiya şikayəti vermişdi.

O, ABŞ tarixində ən böyük məxfi məlumatın açıqlanması ilə bağlı cinayətlərdə ittiham olunur. Assanjın 175 illik həbs cəzası almaq təhlükəsi var.

Assanjın Ekvadorun Londondakı səfirliyindən qovulduqdan sonra 2019-cu ildən bəri saxlandığı Londonun Belmarş həbsxanasından dinləmələrə şəxsən və ya videobağlantı vasitəsilə qatılacağı hələ bəlli deyil. Dörd ildən artıqdır ki, Vaşinqton Londondan onu ABŞ-yə ekstradisiya etməyə çalışır.
AzVision.az



Teqlər:





Xəbər lenti