Rusiya Müdafiə Nazirliyinin binasını izləyən kamera aşkarlanıb

Rusiya Müdafiə Nazirliyinin binasını izləyən kamera aşkarlanıb
  27 Fevral 2024    Oxunub:854
Moskvada Rusiya Müdafiə Nazirliyinin binasını izləyən antenli videokamera aşkarlanıb.
Mash.ru-nun yaydığı məlumata görə, Rusiya Müdafiə Nazirliyinin Frunzenskaya sahilindəki binasını müşahidə edən kamera yaxınlıqdakı binanın çardağında tapılıb.

Cihazı təsadüfən evə baxış keçirən kommunal işçilər görüblər.

Kamera ştativə quraşdırılıb və çox gözə çarpmaması üçün obyektivi divara doğru çevrilmiş olub. Cihaz Rusiya Müdafiə Nazirliyinin binası yaxınlığında nələrin baş verdiyini fasiləsiz olaraq yayımlaya və görüntünü onlayn olaraq uzaq məsafəyə ötürə bilib. Hazırda avadanlıq sökülərək mütəxəssislərə təhvil verilib.
AzVision.az



Teqlər:





Xəbər lenti