Cənubi Koreya doğum üzrə dünya antirekordunu yeniləyib

 Cənubi Koreya doğum üzrə dünya antirekordunu yeniləyib
  28 Fevral 2024    Oxunub:723
Koreya Respublikasında 2023-cü ilin dördüncü rübündə ümumi doğum əmsalı - ömür boyu bir qadına düşən doğumların orta sayı 0,65 olub.
AzVision.az Koreya Milli Statistika İdarəsinin açıqlamasına istinadən xəbər verir ki, bu, ölkədə və dünyada ən aşağı göstəricidir.

2022-ci ilin dördüncü rübündə bu rəqəm 0,7 olub. Əhalinin təbii çoxalması üçün 2,1 əmsalı lazımdır. Oktyabr-dekabr ayları arasında təxminən 52 milyon əhalisi olan ölkədə 52 618 körpə doğulub. Bu, ötən illə müqayisədə 6,9% azdır. Ümumilikdə 2023-cü ildə Cənubi Koreyada 230 minə yaxın insan doğulub ki, bu da 2022-ci illə müqayisədə 7,7% azdır.

2023-cü ilin sonunda ümumi doğum əmsalı 0,72 olub. 2022-ci ildə bu rəqəm 0,78 idi ki, bu da artıq dünya antirekordu idi.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti