Qəzzanın şimalında 2 İsrail əsgəri həlak olub

   Qəzzanın şimalında 2 İsrail əsgəri həlak olub
  28 Fevral 2024    Oxunub:739
Qəzza zolağının şimalında gedən döyüşlərdə İsrail Silahlı Qüvvələrinin "Qivati" briqadasına mənsub 24 və 25 yaşlı iki hərbçi həyatını itirib.
AzVision.az xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə. daha 7 əsgər ağır xəsarət alıb.

BMT-nin hesabatına əsasən, İsrail Ordusunun Qəzzada quru əməliyyatlarının başlamasından bəri ümumilikdə 238 əsgər öldürülüb, 1408-i isə yaralanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Qəzza   döyüşlər  





Xəbər lenti