Bayden və Tramp Miçiqan seçkilərində qalib gəliblər

   Bayden və Tramp Miçiqan seçkilərində qalib gəliblər
  28 Fevral 2024    Oxunub:946
ABŞ Prezidenti, Demokratlar Partiyasından yenidən seçilməyə namizəd Co Bayden və sabiq prezident, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Miçiqan ştatında baş tutan ilkin seçkilərdə qələbə qazanıblar.
AzVision.az xəbər verir ki, Co Bayden ştat seçkisində partiyadaxili rəqibi, Nümayəndələr Palatasının minnesotalı nümayəndəsi Din Fillipsi 81% səs toplayaraq geridə qoyub.

Respublikaçıların ilkin seçkilərində 5 ştatdan qələbə ilə çıxan Donald Tramp isə partiyadaxili rəqibi, ölkənin BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyliyə 68.1% səslə qalib gəlib.

Hər bir partiyanın əsas namizədi iyunda müəyyənləşəcək və noyabrın 5-də prezident seçkiləri keçiriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   prezident   seçkilər   Bayden   Tramp  





Xəbər lenti