Husilər Qırmızı dənizdə növbəti dəfə hücuma keçiblər

   Husilər Qırmızı dənizdə növbəti dəfə hücuma keçiblər
  28 Fevral 2024    Oxunub:1023
Yəməndə fəaliyyət göstərən iranyönümlü husi qruplaşması yenidən Qırmızı dənizdən keçən bir gəmiyə zərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) məlumat yayıb.

Hücum husilərin nəzarətindəki Hüdeydə limanından təqribən 110 km aralıda baş verib. Atılan raket gəminin yaxınlığında partlayıb.

"Hazırda gəmi təhlükəsiz şəraitdə növbəti limana doğru irəliləyir", - məlumatda deyilir.

"Ambrey" xüsusi mühafizə şirkəti də həmçinin bildirib ki, hədəfə alınmış gəmi Marşall adaları bayrağı altında üzən, Yunanıstana məxsus yük gəmisidir.

Firudin Həmidli
AzVision.az


Teqlər: husilər   Qırmızı-dəniz   gəmi   hücum  





Xəbər lenti