Paris Olimpiadası üçün təhlükəsizlik planları oğurlanıb

   Paris Olimpiadası üçün təhlükəsizlik planları oğurlanıb
  28 Fevral 2024    Oxunub:754
2024 Yay Olimpiya Oyunlarının təhlükəsizlik planlarının saxlanıldığı notbuk və iki USB fləşkart Parisin Şimal vağzalında oğurlanıb.
AzVision.az xəbər verir ki, şəhər meriyasının mühəndisi vağzalda qatara minərkən notbuk və fləşkartların qoyulduğu çantanı oturacağın yuxarısındakı yük rəfinə yerləşdirib. Qatar gecikdiyi üçün düşüb başqa qatara minmək istədiyi vaxt çantanın yoxa çıxdığını görüb.

Hazırda yerli nəqliyyat polisi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   Paris   Olimpiya   oğurluq  





Xəbər lenti