İşinqer Ukraynaya qoşun göndərilməsini məqsədəuyğun saydı

İşinqer Ukraynaya qoşun göndərilməsini məqsədəuyğun saydı
  28 Fevral 2024    Oxunub:850
Almaniyanın ABŞ və Böyük Britaniyadakı keçmiş səfiri Volfqanq İşinqer Avropa İttifaqının (Aİ) Ukraynaya qoşun göndərməsi ilə bağlı müzakirələri məqsədəuyğun adlandırıb.
NTV-nin yaydığı məlumata görə, o, Fransa prezidenti Emmanuel Makronun bu mövzuda cəsarətli bəyanatlar verdiyini iddia edib.

“Rusiya ilə üzləşdiyimiz konflikt vəziyyətində prinsipcə heç nəyi istisna etməməliyik. Nəyisə istisna etsək, düşmənin ehtimal etdiyimiz və baş verə biləcək həmin hadisələrə hazırlaşmasını asanlaşdırırarıq”, - keçmiş diplomat qeyd edib.

Eyni zamanda o xatırladıb ki, NATO ölkələri arasında Rusiya ilə birbaşa hərbi münaqişəyə getməmək barədə konsensus var.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti