Zelenski Albaniyaya gedib

   Zelenski Albaniyaya gedib
  28 Fevral 2024    Oxunub:728
(Albaniyanın xarici işlər naziri İqli Həsəni və Parlamentlə əlaqələr üzrə dövlət naziri Elisa Spiropali Zelenskini qarşılayarkən)

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna-Cənub-Şərqi Avropa Təhlükəsizlik Sammitində iştirak üçün Albaniyanın paytaxtı Tirana şəhərinə yollanıb.
AzVision.az xəbər verir ki, Zelenski səfər çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə də görüş keçirəcək.

Ölkənin XİN rəhbəri İqli Həsəni Ukrayna prezidentinin gəlişi münasibətilə bildirib ki, "Albaniya Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukrayna ilə həmrəydir".

Bu, Zelenskinin Albaniyaya ilk səfəridir. Onun daha sonra Serbiya, Şimali Makedoniya, Kosovo, Bosniya və Monteneqroya gedəcəyi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   Albaniya   Zelenski  





Xəbər lenti