Mussolinin nəvəsinə küçədə hücum çəkdilər - VİDEO

   Mussolinin nəvəsinə küçədə hücum çəkdilər -   VİDEO
  28 Fevral 2024    Oxunub:838
1922-1943-cü illərdə Faşist İtaliyasının düçesi (rəhbəri) Benito Mussolinin ən kiçik oğlu Romanonun qızı, İtaliya parlamentinin deputatı Alessandra Mussolini Fransanın Strasburq şəhərində küçədə hücuma məruz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə xanım Mussolini özünün "X" hesabında məlumat yayıb.

O, Avropa Parlamentinin iclasından köməkçisi ilə birgə çıxıb, restorana yemək yeməyə gedərkən hadisənin baş verdiyini bildirib.

"Haradasa 40 yaşlı, italyanca danışan bir nəfər mənə hücum çəkdi, dəhşətli söyüşlər söydü, "alçaq Mussolini, faşist" dedi. Əlindəki əsanı kürəyimə, çiyinlərimə vurdu. Axı bu nə işdir? Şokdayam...", - o, açıqlamasında deyib.

Hərçənd polisə şikayət ərizəsi verməyəcəyini söyləyən Alessandra Mussolini hücumun siyasi məqsədə əsaslandığını vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İtaliya   Mussolini   deputat   hücum  





Xəbər lenti