Tədbir təşkilatçısını polislərin gözü qarşısında bıçaqladı - VİDEO

Tədbir təşkilatçısını polislərin gözü qarşısında bıçaqladı    - VİDEO
  28 Fevral 2024    Oxunub:631
Moskvada cinayətkar polislərin gözü qarşısında bir nəfəri bıçaqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, insident Sovet İttifaqı qəhrəmanı, pilot Henrix Hofmanın xatirə lövhəsinin açılışı zamanı baş verib. Həmin şəxs polis dəstəsinin yanında dayanan təşkilatçıya tərəf qaçıb və onun üzünə bıçaq zərbəsi endirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları canini yerə yıxaraq, qollarını qandallayıblar. Yayılan görüntülərdə təcavüzkarın polisi də bıçaqlamağa çalışması əks olunub.

Zərərçəkmiş tibb müəssisəsinə aparılıb. Bıçaq kişinin yanağını deşib.



Tural Tağıyev
AzVision.az



Teqlər: Polis  





Xəbər lenti