Cümə günü Navalnının dəfn mərasimi baş tutacaq

   Cümə günü Navalnının dəfn mərasimi baş tutacaq
  28 Fevral 2024    Oxunub:886
Rusiya müxalifətinin həbsxanada dünyasını dəyişən keçmiş lideri Aleksey Navalnının dəfn mərasimi bu həftə cümə günü Moskvada keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə onun sözçüsü Kira Yarmış "X" hesabında məlumat yayıb.

Onun sözlərinə görə, mərasim cümə günü günorta Moskvanın cənub-şərqindəki Maryino rayonundakı kilsədə keçiriləcək və Navalnı yaxınlıqdakı Borisov məzarlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Aleksey Navalnı fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki "Qütb bayquşu" cəzaçəkmə koloniyasında huşunu itirərək dünyasını dəyişib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti