Avropa Komissiyası Rusiyadan qaz alışını tamamilə dayandırır

   Avropa Komissiyası Rusiyadan qaz alışını tamamilə dayandırır
  28 Fevral 2024    Oxunub:883
Avropa Komissiyası (AK) hazırda həcmi təxminən ildə 15 milyard kubmetr təşkil edən Rusiya qazının Ukrayna ərazisindən nəqlini tamamilə dayandırmaq üzərində intensiv iş aparır.
AzVision.az xəbır verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Tim Makfi Brüsseldə keçirdiyi brifinqdə deyib. O xatırladıb ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı saziş 2024-cü il dekabrın 31-də başa çatır və Aİ onu yeniləmək niyyətində deyil.

Onun sözlərinə görə, hazırda Ukrayna vasitəsilə Rusiya qazını Avstriya, Slovakiya, Çexiya almaqda davam edir. İtaliya isə kiçik həcmdə qaz alır.

"Ümumilik Ukrayna vasitəsilə tədarükün ümumi həcmi ildə təxminən 15 milyard kubmetr təşkil edir. Avropa Komissiyası bu ölkələrlə sıx əməkdaşlıq edir ki, onların lazımi qaz təchizatı təmin edilsin. Konkret marşrutlar haqqında danışmayacağam, amma məsələ ondadır ki, bu ölkələr qazı digər qaz kəmərləri, eləcə də mayeləşdirilmiş təbii qaz vasitəsilə əldə edə bilər və biz bunun mümkün olduğuna əminik”, - deyə Makfi bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti