Belçika Ukraynaya 200 milyon avro dəyərində silah-sursat göndərəcək

Belçika Ukraynaya 200 milyon avro dəyərində silah-sursat göndərəcək
  28 Fevral 2024    Oxunub:1128
Belçika Çexiya Prezidenti Peter Pavelin təşəbbüsünə qoşularaq Ukraynaya 200 milyon avro dəyərində silah-sursat yardımı göstərəcək.
AzVision.az xəbər verir ki, bu barədə Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib "X"də yazıb.

O bildirib ki, nə qədər lazımdırsa Ukraynaya dəstək göstərəcəklər:

"Ukraynanın azadlıq mübarizəsi həm də dəyərlərimizə hörmət etmək və təhlükəsizliyimizi təmin etməkdir".

AzVision.az



Teqlər:





Xəbər lenti