Rusiya ilə İran arasında ticarət azalıb

Rusiya ilə İran arasında ticarət azalıb
  28 Fevral 2024    Oxunub:762
2023-cü ilin yekununda Rusiya ilə İran arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə azalaraq təxminən 4 milyard dollar təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Rusiya baş nazirinin müavini Aleksandr Novak iki ölkənin ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının Tehranda keçirilən iclasının yekunlarına dair mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, ötən il Rusiyadan ixracın ümumi həcmi 2,7 milyard dollar, İrandan idxalı isə 1,3 milyard dollar təşkil edib.

Novak ölkələr arasında ticarət dövriyyəsinin artımı üçün potensial gördüyünü bildirib: "Bütün maneələr aradan qaldırılıb, düşünürəm ki, ticarət inkişaf etməyə davam edəcək".

AzVision.az



Teqlər:





Xəbər lenti