Xəstəxanaya yerləşdirilən Norveç kralının səhhəti yaxşılaşır

   Xəstəxanaya yerləşdirilən Norveç kralının səhhəti yaxşılaşır
  29 Fevral 2024    Oxunub:677
Norveç kralı V Harald Malayziyada tətil əsnasında infeksiyaya yoluxub.
AzVision.az xəbər verir ki, bu barədə Norveç Kral Evi açıqlama yayıb.

Son illərdə səhhətində bir sıra problemdən əziyyət çəkən Avropanın ən yaşlı (87) monarxı hazırda Malayziyanın Lanqkavi adasında xəstəxanadadır. Onun ölkəsinə haçan qayıdacağı hələlik məlum deyil.

"Kralın şəxsi həkimi də Lanqkavidədir və o, kralın infeksiyadan yaxşılaşdığını, müalicəsinin uğurlu keçdiyini təsdiqləyir", - Kral Evinin açıqlamasında bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Norveç   kral   xəstəxana  





Xəbər lenti