UUK: "Miqrasiya məhdudiyyətləri Britaniyanın təhsil nüfuzuna zərbədir"

      UUK:    "Miqrasiya məhdudiyyətləri Britaniyanın təhsil nüfuzuna zərbədir"
  29 Fevral 2024    Oxunub:834
Böyük Britaniya universitetlərinin maraq qrupu "Universities UK" (UUK) xarici tələbələrə qoyulan məhdudiyyətlərə görə hökuməti günahlandırır.
AzVision.az xəbər verir ki, qrupun məlumatına görə, ali təhsil ocaqlarına xarici tələbə qeydiyyatı 1/3 səviyyədə azalıb.

"Hökumətin yeni məhdudiyyətləri, viza rüsumlarının kəskin artımı və məzunların iş hüquqlarının sıxışdırılması ilə bağlı hədələr ölkənin təhsil məkanı kimi nüfuzuna mənfi təsir göstərir", - qrup bildirir.

Britaniyanın 60-dan çox universitetinin statistikasına əsasən, cari ildə verilmiş təhsil vizalarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33% azalıb. Eyni zamanda, UUK tərəfindən 70 universitetdə aparılan sorğunun nəticələrinə görə, yanvar ayında miqrasiya məhdudiyyətləri səbəbi ilə aspirantura kurslarına qəbul 40%-dən çox azalıb.

"Təəssüf ki, hökumət rəsmiləri bu sahədə uğurlarımızı boğmaq istəyirlər. Yeni statistika göstərir ki, ilin əvvəlində miqrasiya siyasətində dəyişikliklər sayəsində arzularına çatıblar. Daha da irəli gedərlərsə, Britaniyanın bütün şəhər və qəsəbələrinin, eləcə də bir çox universitetin iqtisadiyyatına ziyan vuracaqlar. İqtisadi artım üçün çalışılan bir vaxtda belə addımlar tamamilə zidd məqsədə işləyir", - UUK-nin baş icraçı direktoru Vivyen Stern deyib.

(Böyük Britaniya universitetlərinin maraq qrupu "Universities UK"un baş icraçı direktoru Vivyen Stern)

Yanvar ayında qüvvəyə minən miqrasiya qaydaları magistratura kimi tədris kursları üçün qeydiyyatdan keçmiş xarici tələbələrə ailə üzvlərini özləri ilə gətirmək qadağası qoyur, habelə məzunların iş imkanları ilə bağlı qeyri-müəyyən təəsürat yaradır.

"Ümumi seçkilər ərəfəsində bütün siyasi partiyalardan tələbimiz budur ki, xarici tələbələrin Böyük Britaniyada təhsillə bağlı tərəddüdünü aradan qaldırsınlar", - xanım Stern vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   universitet   tələbələr   miqrasiya  





Xəbər lenti