İsveçrədə pensiya yaşı artırılır

   İsveçrədə pensiya yaşı artırılır
  29 Fevral 2024    Oxunub:669
İsveçrədə pensiya məbləğinin və yaşının artırılması ilə bağlı iki referendum keçiriləcək.
AzVision.az xəbər verir ki, İsveçrə Liberal Partiyasının təklifinə əsasən, pensiya yaşının 65-dən 66-ya qaldırılması nəzərdə tutulur.

Ölkənin həmkarlar ittifaqları isə pensiyaçıların artan xərclərlə ayaqlaşa bilmələri üçün məbləğə bir aylıq sosial müavinət ödənişlərinin əlavəsi təklifini irəli sürüb. Belə ki, "Pensiyaçılar üçün daha yaxşı həyat” şüarı altında başladılan kampaniya çərçivəsində təqaüdçülərə İsveçrədə bir çox işçinin aldığı "13-cü maaş"a bənzər əlavə yardım verilməsi istənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsveçrə   pensiya  





Xəbər lenti