"Dediyim hər söz ölçülüb-biçilib" - Makron qərb qoşunlarının Ukraynaya göndəriləcəyini təsdiqlədi

   "Dediyim hər söz ölçülüb-biçilib" -    Makron qərb qoşunlarının Ukraynaya göndəriləcəyini təsdiqlədi
  29 Fevral 2024    Oxunub:1197
Fransa prezidenti Emmanuel Makron Ukraynaya NATO əsgərlərinin göndərilməsinin mümkünlüyü ilə bağlı söylədiklərinin öncədən düşünülüb təsdiqləndiyini bildirib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Makron bunun kifayət qədər ciddi mövzu olduğunu vurğulayıb.

"Məsələ Parisdə keçirilən konfransda ətraflı müzakirə olunub"- Makron deyib.

Hərçənd, Fransa prezidenti belə bir təklifi başqa kimlərin dəstəklədiyini və rəhbərlik etdiyi ölkənin bu məsələdə hansı mövqedən çıxış etdiyini açıqlamayıb. Eyni zamanda, bənzər bəyanatların geosiyasi arenada nəticələri ilə bağlı şərh verməkdən boyun qaçırıb.

Xatırladaq ki, fevralın 26-da Makron Avropa İttifaqı qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü etiraf etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti