ABŞ: "Qəzzada ərzaq növbəsində qətliam dəhşətlidir"

      ABŞ:    "Qəzzada ərzaq növbəsində qətliam dəhşətlidir"
  01 Mart 2024    Oxunub:707
Ağ Ev Qəzza zolağında 100-dən çox fələstinlinin ərzaq yardımı gözləyərkən öldürülməsini kəskin şəkildə qınayıb.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Departamentinin sözçüsü Metyu Miller söyləyib.

"Vaşinqton baş verənlərlə bağlı əlavə məlumat toplayır. Hadisənin təhqiqatını yaxından izləyərək, hesabat almağa çalışacağıq", - o deyib.
Qəzzada yardım gözləyərkən öldürülənlərin sayı artıb - FOTO/VİDEO - YENİLƏNİB (2)

Hadisəyə şəxsən münasibət bildirən prezident Co Bayden isə "müharibədə atəşkəs danışıqlarının çətinləşəcəyini" diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Qəzza   reaksiya  





Xəbər lenti