İşçilərini aşağılayan general pensiyaya göndərildi - VİDEO

 İşçilərini aşağılayan general  pensiyaya göndərildi - VİDEO
  01 Mart 2024    Oxunub:940
Rusiyada işçisini aşağılamış general təqaüdə göndərilib.
AzVision.az xəbər verir ki, bu barədə V1 portalı məlumat yayıb.

"Rusiya Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin rəisi Nikolay Lyubavin tabeliyində olan işçisi ilə bağlı qalmaqallı fikirlər səsləndirdiyi üçün vəzifəsini tərk edib", - nəşr yazıb.

Qeyd edilir ki, ötən ay internetdə Lyubavinin işçiləri qarşısında sərt çıxışını və onların xərçəngə tutulmasını arzuladığını əks etdirən video yayılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   General  





Xəbər lenti