Almaniyalı deputat Şoltsu Avropa üçün təhdid adlandırıldı

  Almaniyalı deputat Şoltsu Avropa üçün təhdid adlandırıldı
  02 Mart 2024    Oxunub:937
Bundestaq üzvü Roderix Kiesevetter Almaniya kansleri Olaf Şoltsu Ukraynaya qoşun göndərilməsinə qarşı çıxdığına görə tənqid edərək, Almaniya Nazirlər Kabinetinin rəhbərini Avropa İttifaqı üçün təhdid adlandırıb.
O, “Tagesspiegel” qəzetinə müsahibəsində fikirlərini bölüşüb. “Şolts getdikcə Avropanın təhlükəsizliyi üçün təhdid halına gəlir. O, iki partiyanın səslərini qazanmaq ümidi ilə Rusiya hekayələrini və dezinformasiyalarını götürür”, - Kiesevetter deyib.

Deputatın fikrincə, Şolts özünü "sülh kansleri" kimi aparır və "Almaniyanın müharibə tərəfinə çevrilməsinin qarşısını almaq üçün hər şeyi edir".


AzVision.az


Teqlər:





Xəbər lenti