Hakan Fidan Lavrovla Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

   Hakan Fidan Lavrovla Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi
  03 Mart 2024    Oxunub:1093
Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada Diplomatik Forum çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Nazirlər danışıqlar zamanı Qafqazdakı vəziyyəti müzakirə ediblər.
“Qafqazda sülh prosesini müzakirə etmək imkanımız oldu, həmçinin Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif kanallar vasitəsilə həyata keçirilən prosesləri müzakirə etdik. Suriya məsələlərini də müzakirə etmək lazımdır, lakin bu, daha çox vaxt tələb edir”, - deyə Fidan Antalyadakı Diplomatik Forumdan sonra keçirilən mətbuat konfransında bildirib.

Fidanın sözlərinə görə, o, Lavrovla bu mövzuya daha çox vaxt ayırmaq barədə razılığa gəlib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti